Rüştü evə buraxıldı
06.04.2020 , 16:48

Koronavirusa yoluxmuş Türkiyə millisinin sabiq futbolçusu Rüştü Rəçbər xəstəxanadan buraxılıb.
Korner.az xəbər verir ki, veteran qapıçı müalicəsinə evində davam edəcək.
Rəçbərdə koronavirusun simptomları martın 28-də aşkarlanıb. O, xəstəxanada 10 günədək müalicə alıb.
