Rüstəm Orucova vəzifə verildi
06.05.2023 , 15:31
Rüstəm Orucov Avropa Cüdo Birliyinin (EJU) Atletlər Komissiyasının üzvü təyin edilib.
Korner.az xəbər verir ki, 2016-cı ildə Rio De Janeyroda keçirilən Yay Olimpiya Oyunlarının və dünya çempionatlarının gümüş mükafatçısı, Avropa çempionu Rüstəm Orucov Avropa Cüdo Birliyinin Aletlər Komissiyasının üzvü təyin edilib.
“EJU bundan sonrakı fəaliyyətində Atletlər Komissiyasının dəstəyini alacaq və komissiyanın üzvləri təcrübələrinə arxalanaraq idmanın müxtəlif məsələlərinə cəlb olunacaqlar”- deyə EJU-nun rəsmi səhifəsində vitse-prezident Hrvoye Lindi bildirib.