Rüstəm Orucov qızıl medal qazandı
25.10.2020 , 10:53

Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Korner.az xəbər verir ki, 61 ölkədən 409 cüdoçunun mübarizə apardığı, Tokio Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda 73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
O, Monqolustan, Bolqarıstan, Rusiya, İsveç təmsilçilərinə qalib gələrək finala çıxıb. R.Orucov qızıl medal uğrunda qarşılaşmada İsveçrə nümayəndəsi Nils Stampı məğlub edib. Cüdoçumuz qələbədən sonra əsgər salamı verib.
