Rüstəm Orucov bürünc medal qazandı
20.11.2020 , 23:58

Azərbaycan cüdoçusu Rüstəm Orucov Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxıb.
Korner.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı İsveçrə Təmsilçisi Nils Stampla üz-üzə gəlib.
Qarşılaşmadan qalib ayrılan Orucov bürünc medal qazanıb.
Qeyd edək ki, ilk yarış günündə Orxan Səfərov (66 kq) qızıl medal qazanmışdı.
