“İlk öncə onu qeyd edim ki, biz dünən heç də zəif rəqiblə qarşılaşmadıq. Təbii ki, “Neftçi” kubok oyunundan qayıtmışdı. Yeni məşqçi amili var idi.
Ancaq bizdə də oyun öncəsi heyətlə bağlı ciddi problemlər var idi. 5 əsas futbolçumuzdan məhrum idik. Bu bizim oyunumuza mane oldu. Ancaq heç-heçəni normal nəticə hesab edirəm”.
Bu sözləri Korner.az-a açıqlamasında “Simurq”un mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib.
O stadioan məsələsiylə bağlı da öz fikirlərini bizimlə payıaşıb: “Zaqatalada oyanaya bilməmək komandamıza ciddi ziyan vurur. Biz demək olar ki, 11 turun hamısını səfərdə oynamışıq. Azarkeş dəstəyindən məhrumuq. Bundan əlavə futbolçularımız Zaqatalada oyuna daha rahat hazırlaşmaq imkanına malikdirlər. Ancaq neyləmək olar?.
Sevindirici hal odur ki, “Bakı” oyunundan sonra artıq Zaqatalada, doğma meydanda rəqiblərimizi qəbul edə biləcəyik”.