Hindistanın paytaxtı Dehlidə güllə atıcılığı üzrə keçirilən Dünya Kubokunun yekununa əsasən Beynəlxalq Atıcılıq Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.
Korner.az-ın məlumatına görə, siyahıya əsasən Azərbaycan snayperi Ruslan Lunyov mövqeyini yaxşılaşdırıb.
25 m məsafəyə atəş açmada 3-cü olan təmsilçimiz 10 pillə irəliləməklə 10-cu yerə yüksəlib. O, aktivindəki xalların sayını 742-yə çatdırıb.
Lunyov 10 m atəş açmada 4 pillə geriləyib. İdmançımız 24-cü yerə enib. O, 50 m məsafədən hədəfi nişan almada isə 58-cidi. (cbcsport.tv)
