Ruslan Zubkov Azərbaycana qayıdıb.
Korner.az-ın məlumatına görə, ukraynalı futbolçu karyerasını yenidən ölkəmizdə davam etdirəcək.
Belə ki, Zubkov hazırda “Araz”ın düşərgəsindədi. O, “Turan”da indi Naxçıvan klubuna başçılıq edən Əsgər Abdullayevin rəhbərliyi altında çıxış edib.
Qeyd edək ki, 2012/13 mövsümündə AZAL Ruslanı transfer etsə də, debüt etmədən “Turan”a icarəyə vermişdi (11 oyun).
