"Neftçi" ilə oyuna ciddi şəkildə hazırlaşırıq".
Bu sözləri Korner.az-a açıqlamasında "Qəbələ" klubunun futbolçusu Ruslan Tağızadə deyib.
Tağızadə ev oyunlarında yaxşı çıxış etməmələrindən də şikayətlənib: "Meydançamızda bu il istənilən nəticəni verə bilmirik. Oyuna yalnız 3 xal üçün çıxacağıq. Qələbə qazanmaqla "Qəbələ"sevərləri sevindirəcəyik".