“Alanyaspor”la oyun maraqlı alındı. Yaxşı oynadıq. Xüsusilə ilk hissədə çoxlu qol imkanlarımız oldu, sadəcə, bəxtimiz gətirmədi”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Ruslan Qurbanov “Alanyaspor”la keçirilən yoxlama görüşündən sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Təcrübəli futbolçu komandasının tədricən forma yığdığını bildirib: “Tədricən forma yığırıq, məşqlərdə var gücümüzlə çalışırıq. Çempionat oyunlarına hazırlaşırıq. Fikrimcə, Premyer Liqanın ilk turunun “Kəpəz”lə oyununadək hazır olacağıq”.
Qeyd edək ki, “Neftçi” – “Alanyaspor” oyunu 1:1 hesabı ilə başa çatıb. “Neftçi”nin yeganə qoluna məhz Ruslan Qurbanov imza atıb.
