Ruslan Qurbanov qərarını verdi: “Səbail”dən gedir
08.05.2019 , 23:28

Səbail”in hücumçusu Ruslan Qurbanov mövsümün sonunda komandadan ayrılacaq.
Korner.az-ın məlumatına görə, bu barədə o, özünün feysbuk profilində yazıb.
“Səbail”in azarkeşlərinə və rəhbərliyini minnətdarlığını bildirən hücumçu qeyd edib ki, hazırda zədəsini sağaltmaqla yanaşı, yeni klubla danışıqlar aparır: “Komandaya Avropa Liqasında uğurlar arzulayıram. Bu qərarı vermək çətindir. Ancaq mənim üçün əsas olan futbol oyamaqdır”.
