Xorvatiya çempionatında 33-cü turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, Ruslan Qurbanovun şərəfini qoruduğu “Hayduk” klubu evdə “Osiek”i qəbul edib.
Gərgin keçən oyunda sevinən tərəf Split təmsilçisi olub. Rəqibinə 3:2 hesabı ilə qalib gələn “Hayduk” xalını 46-ya yüksəldib. Millimizin üzvü bu matçın 18-liyinə salınsa da, meydana daxil olmayıb.
