“Neftçi”nin hücumçusu Ruslan Qurbanov bəyan edib ki, klub rəhbərliyindən maaşının artırılmasını tələb edəcək. O, bunları söyləyib:
“Neftçi” ilə daha bir illik müqaviləm var. Mövsümün sonunda klub rəhbərliyi ilə görüşəcəyəm. Ümid edirəm ki, ümumi razılığa gələ biləcəyik. Təbii ki, mən razılığın maliyyə tərəfinin daha da yaxşılaşmasını istəyəcəyəm. Niyə də olmasın? Hesab edirəm ki, buna layiqəm. Yüksək məbləğ tələb etməyəcəyəm. Sadəcə, layiq olduğumu almaq istəyirəm. Maaşım artmasa, özümə başqa klub axtaracağam. Mənimlə təkcə Topaz Premyer Liqasındakı klublar maraqlanmır. Rusiya Premyer Liqasından, birinci divizion klublarından da maraqlananlar var”.
Azerisport.az
