“Neftçi”nin Xorvatiyanın “Hayduk” klubunda icarə əsasında çıxış edən futbolçusu Ruslan Qurbanov korner.az saytına açıqlama verib. O, ilk oyunu ilə bağlı təssuratlarını bizimlə bölüşüb:
– Debütlə bağlı təəssüratların necədi?
– Onu deyə bilərəm ki, oyun bizim üçün uğurlu alındı. Debüt etdiyimə görə çox sevincliyəm. Baş məşqçiyə təşəkkürümü bildirmək istəyirəm. Baxmayaraq ki, cəmi 4 məşqdə iştirak etmişəm, mənə güvənib ikinci hissəni tam oynamağa imkan verdi. Mövqeyim sol cinah yarımmüdafiəçisi olsa da, hücumçu kimi çıxış etdim. Bütövlükdə isə, 3-0 hesablı qələbəyə görə şadam. Real qol imkanlarım oldu, sadəcə bir qədər bəxtsizlik oldu. İnanıram ki, gələcəkdə hər şey yaxşı olacaq. Üzərimdə daha çox işləyib əsas heyətdə yerimi möhkəmləndirməyə çalışacam.
– Səncə, məşqçi səni niyə öz mövqeyində yox, hücumçu kimi meydana buraxdı? Bu mövqedə daha yaxşı oynayırsan, yoxsa komandada hücumçu yox idi?
– Buna baş məşqçi qərar verir. Mənim mövqeyim sol cinah yarımmüdafiəçisidi. Sabah mən baş məşqçi ilə danışacam. Ona özümü hücumda rahat hiss etmədiyimi deyəcəm. Düşünürəm ki, problem yaranmayacaq.
– Komanda yoldaşların ilə münasibətin necədi?
– Hər şey çox yaxşıdı. Burda atmosfer xoşuma gəldi. Məni çox xoş və gülərüzlə qarşıladılar.
– ”Hayduk” klubuna tam transfer əsasında keçmək istəyərdin?
– Bu haqda danışmaq hələ tezdi. Lakin, onu deyə bilərəm ki, ”Hayduk”a tam transfer əsasında keçmək üçün özümü daha yaxşı tərəfdən göstərməliyəm. Təbii ki, karyeramı Avropada davam etmək istəyərdim
