“Dünən çox maraqlı oyun oldu. Hər iki komanda qələbəyə oynayırdı. Lakin təəssüf ki, hər kəs bizim əleyhimizə gedir. Dördüncü dəfə dalbadal çempion olmağımızı istəmirlər. Buna baxmayaraq bizim durmaq fikrimiz yoxdu. Qarşıda oyunlar çoxdu. Sona qədər mübarizə aparacağıq”.
Bu sözləri Korner.az-a açıqlamasına “Neftçi”nin gənc ulduzu Ruslan Qurbanov “Qarabağ”la keçirilən oyun haqda deyib.
Qeyd edək ki, “Bakılılar” Ağdam təmsilçisinə öz meydanlarında 1:4 hesabıyla məğlub olublar.