big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

Ruslan Poladov: “Yəqin ki, o vaxt karyeramı bitirmiş olaram” (MÜSAHİBƏ)

12.10.2013 , 05:45

"Simurq" komandasının kapitanı Ruslan Poladov klubun rəsmi saytına müsahibə verib.

 

Korner.az-ın məlumatına görə ona ünvanlanan sualları azarkeşlər tərəfindən hazırlanıb.

 

– Mənim üçün həmişə futbolçuların ləqəbləri maraqlı olub. “Simurq”da kimlərin ləqəbləri var?
– Komandada eledə çox ləqəbi olan futbolçu yoxdur (gülür). İlkin Qırtımov – “Kətə”, Məhərrəm Hüseynov – “Qara”, Rəşad Eyyubov – “Zidan”, komandadakı Rüstəmlər – “Adaş”, Pavel Kapsa – “Kekebeşnik”.
 
– Milliyə çağırış olsa, nə qərar verərdin?
– Belə bir dəvət gəlsə, demək məsləhət bilib çağırıblar. Əlbəttə, yığma komandanın formasın geyinmək hər bir futbolçu üçün şərəfli bir vəzifədir. Məndə çalışaram ki, üzərimə düşən işin öhtəsində lazımı səviyyədə gəlim.
 
– “Simurq”da oynamağının səbəbi nədir?
– Bu suala belə cavab verərdim ki, bu komandada oynamağımın səbəbi, “Simurq”la mənim maraqlarımın üst-üstə düşməyidir. Komandamın bu günkü məqsədləri ilə mənim məqsədlərim eynidir.
 
– Ruslan əgər bu gün seçim etməli olsa, köhnə komandalarından “Xəzər Lənkəran”ı, yoxsa hazırda kapitanı olduğu “Simurq”u seçərdi? Hansı komandada futbol həyatını davam etdirmək istəyərdi?   
– Hal-hazırda “Simurq” mənə o şərəfi veribsə ki, mən burda forma geyinim, əlbəttə ki, Zaqatala təmsilçisin seçərdim. Hansı komandada davam etdirməyim baxır gələcək təkliflərə. Onları sonra dəyərləndirmək mümkün olar. Hamı istəyər ki, ən yaxşı, onun ehtiyaclarına cavab verə biləcək komandalarda forma geyinsin.
 
– Ruslan, sən özünü 10 ildən sonra harda və necə görürsən və ya görmək istərdin?
– Yəqin ki, həmin vaxt artıq futbolçu karyeramı başa vurmuş olacam. Bundan sonra isə məşqçi kimi  yola davam etmək arzusundayam. Hər şey insanın istəyi ilə deyil. Allah qismət eləsə hansısa klubda məşqçi kimi yoluma davam eləmək arzusundayam.
 
– Ən binici hansı komandada debut etmisən? 
– Yüksək liqada Sumqayıtın “Xəzər” klubunda.
 
– Karyeran ərzində ən çox xoşladığın oyun və qol hansı olub?
– Qol “Gənclərbirli”yində forma geyinərkən İmişlinin “Lokomotiv”ın qapısından keçirdiyim. Oyun isə təvəzzükarlıqdan uzaq olsa da, onu deyə bilmərəm ki, hansı oyun olub. Bir çox görüşü qeyd edə bilərəm. Ancaq “Birlik Kuboku”nda “Xəzər Lənkəran”ın heyətində olarkən “Paxtakor”la qarşılaşmanı xüsusi qeyd edərdim.
 
– Ruslan özünü bu il “Simurq” forması ilə Avropada görürmü? Hə va ya yox?
– Hər bir futbolçunun qarşısında məqsəd varsa, əlbəttə ki, görməlidir.
 
– Zaqatalada oynadığın üçün peşman deyilsən?
– Əlbəttə, yox.
 
– Bilmək istərdim ki, Ruslan Zaqatala üçün darıxırmı?
– Çox darıxıram. Orda daha rahat oluruq və oyunlara daha yaxşı hazırlaşa bilirik.
 
– Top neçə bucaqlıdır?
– Topun neçə bucaqlı olması əsas deyil. Ən önməlisi odur ki, o topu rəqib qapısından keçirdəndən sonra, onlara dünyanın neçə bucaqlı olmasını göstərəsən.  
 
– Təcrübəli futbolçu olaraq cavan futbolçulara, gələcək nəsillərə nə deyərdiniz?
– Heç bir çətinlikdən, əziyyətdən qorxmamalıdırlar. Bütün diqqətlərini məşqlərə verib, yüksək nəticələrə nail olmaq üçün çalışmalıdırlar. Əgər qarşılarına məqsəd qoyublarsa, bunun üçün sona qədər mübarizə aparmalıdırlar. Heç bir idmanda pik nöqtə yoxdur. Ən yüksək zirvənin belə üzərinə çıxmaq üçün çalışmaq lazımdır.
 
– Ruslan Poladova görə Zaqatala azərkeşinin özəlliyi nədir?
– Hesabın necə olmasından asılı olmayaraq komandanı sona qədər dəstəkləmələri. Heç bir vaxt bizi tək buraxmamaları.
 
– Keçən ilki komandayla, bu ilki heyəti müqayisə etsən hansı daha üstündür? Sizcə, “Simurq” bu il necənci pilləni tutacaq?
– Heç bir zaman müqayisəni xoşlamamışam. Çünki kiminsə haqqını yemək, kimisə kimdənsə üstün tutmaq mənim xasiyyətimə uyğun deyil. Ona görə də, deyərdim ki, mövsümün sonunda komandanın göstərəcəyi nəticəyə uyğun olaraq, əldə edilmiş nəailliyətə görə hansı komandanın güclü olduğu gözə çarpacaq. Ancaq bir şeydə var ki, ötən mövsüm çempionat tam fərqli formatda idi, bu il isə başqa formadadır. Bu baxımdan ötən ilki ilə, bu ilkini fərqləndirməkdə düzgün olmazdı. Əlbəttə ki, məqsədimiz hər zaman çempion olmaq, ilk yerlərdən birini tutmaqdır. Biz maksimumu fikirləşmələyik və bunun üçün mübarizə aparmalıyıq ki, ən azından Avroliqaya vəsiqə qazanaq.
 
– Səncə komanda daxili ən paxıl oyuncu kimdir? Amma tək ad… 
– Əgər futbol baxımından nəzərdə tutulursa, hal-hazırda Rəşad Eyyubovla, Salif Ballo.
 
– Sənə görə Azərbaycanın ən böyük klubu hansıdır? Tam cavab və tək ad…
– Əlbəttə ki, tarixə baxsaq “Neftçi”. Bunu hazırkı çempionata və neçə dəfə çempion olmasına görə demirəm. “Neftçi” ənənələri olan və Azərbaycan futboluna böyük uğurlar qazandırmış klubdur.
 
– Komandada ən yaxşı oyuncu kimdir?
– Yenə qeyd etmək istəyirəm ki, nəyisə və kimisə müqayisə etməzdim. Futbol kollektiv oyundur. Belə deyim də, bizdə hər bir futbolçunun öz payı var. Bu səbəbdən də, kimisə fərqləndirməzdim. “Simurq”un oyun tərzidə elədir ki, komandada seçilmiş, konkret lider yoxdur. Hər kəs nəticə qazanmaq üçün öz məqsədini qoyub ortaya. Buradada kiminsə güclü, kiminsə zəif olduğunu demək olmaz. Ancaq belə heyətə baxanda səviyyəli futbolçularımız var və yetəri qədərdir. Misal üçün qapıçımız Pavel Kapsanı göstərərdim ki, öz mövqeyində Azərbaycanda hazırda ən yaxşılardan biridir. 
 
– Azərbaycanda oynamaq rahatdır, yoxsa hər hansı xarici ölkədə və niyə?
– Çepionatların səviyyəsi baxımından baxsaq, xarici ölkələrin bir çoxu bizdən üstündür. Ancaq Azərbaycanda oynamaq ona görə rahatdır ki, ölkənin mentalitetin, adət-ənənələrin, futbol üslübun bilirsən. Xaricdə oynamaq isə nə qədər çətin olsada, bir futbolçu üçün şərəfdir. Çünki Azərbaycanı, öz xalqını təmsil edirsən. Azərbaycan futbolunu hansısa bir ölkədə təmsil etmək və geri döndükdə gördüklərivi, öyrəndiklərivi, yaşadığın hissləri paylaşmaq, burada tətbiq etmək, onları gələcək nəsillərə öyrətmək, milli komandada onu daha yüksək səviyyədə göstərmək əlbəttə ki, lazım olan bir işdir. Bizim futbolun buna ehtiyyacı var. 

 

 

Son yazılar

To Top