Ruslan AFFA tərəfindən təltif edildi
27.11.2023 , 18:47
Uzun illər Azərbaycan milli komandasının şərəfini qorumuş, 2023-cü ildə peşəkar futbolçu karyerasını başa vurmuş Ruslan Abışov AFFA tərəfindən təltif edilib.
Korner.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, veteran futbolçu İsveçlə oyundan öncə ölkədə olmadığından təqdimetmə mərasimində iştirak edə bilməmişdi.
AFFA-nın baş katibi Sərxan Hacıyev milli komandamızın sabiq üzvünə gələcək fəaliyyətində uğurlar arzulayıb.