Milli komandamızın futbolçusu Ruslan Abışov bu gün "Rubin"in heyətində Rusiya Premyer Liqasında debüt edib.
Korner.az–ın məlumatına görə, "Amkar"la səfərdə qarşılaşan Kazan təmsilçisi qələbəni sonda əldən verib – 1:1.
Qeyd edək ki, Ruslan Abışov 90 dəqiqə meydanda olub.
