Bu gün Rusiya Premyer Liqasında XXVII turun növbəti oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, milli komandamızın futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” səfərdə “Anji” ilə üz-üzə gələcək. 2 tur bundan öncə debüt edən Abışovun meydana çıxması gözlənilir.
Qeyd edək ki, hazırda “Rubin” 26 oyundan 44 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.
