Bu gün Rusiya Futbol İttifaqının Mübahisələrə baxılması üzrə palatası “Rubin”lə Aleksandr Ryazantsev arasındakı mübahisəli məsələyə baxıb.
Korner.az-ın məlumatına görə, palatanın qərarına əsasən, həmyerlimiz Ruslan Abışovun da formasını geyindiyi Kazan təmsilçisi 14 gün ərzində Ryazantsevin maaşını tam ödəməlidi.
Bundan başqa, bir transfer dövrü müddətində “Rubin”ə yeni futbolçu sifariş etmək hüququndan məhrum olunub.
