Avroliqada növbəti 1/4 finalçı müəyyənləşib.
Korner.az–ın məlumatına görə, bu millimizin də şərəfini qoruyan Ruslan Abışovun komandası, "Rubin"di.
Belə ki, İspaniyada baş tutmuş oyun qolsuz bərabərliklə nəticələnmişdi. Kazanda baş tutan qarşılaşmanın əsas vaxtı 0:0 bitdiyindən komandalar daha 30 dəqiqə mübarizə aparmalı olublar. Burada isə "Rubin" Rondon və Dyadyunun qolları ilə 2:0-lıq qələbə qazanaraq mərhələ adlayıb.
Millimizin futbolçusu Ruslan Abışov məlum səbəbdən bu oyunda forma geyinə bilməyib.
