Azərbaycan milli komandasının üzvü Ruslan Abışovun şərəfini qoruduğu “Rubin” klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Kazan təmsilçisini Stanislav Çerçesov çalışdıracaq.
Təcrübəli mütəxəssis hazırda Rusiya Premyer Liqa təmsilçisi “Amkar” klubunda işləyir. Lakin 50 yaşlı mütəxəssis Perm klubunu tərk edərək “Rubin”də çalışmağa razılıq verib.
