Azərbaycan millisinin və Rusiyanın “Rubin” komandasının üzvü Ruslan Abışovdan yeni xəbər var.
Korner.az-ın məlumatına görə, millimizin heyətində Rusiyaya qarşı oyunda zədələnən müdafiəçi artıq dünən komanda ilə birgə məşqlərə qoşulub.
Qeyd edək ki, Abışov Estoniya və Qırğızıstana qarşı keçiriləcək yoxlama görüşlərinə dəvət edilib.
