“Qəbələ”nin müdafiəçisi Ruslan Abışov Antalya düşərgəsindən Almaniyaya yollanıb.
Korner.az-ın məlumatına görə, belində ağrılar hiss edən Abışov Almaniyanın Münhen şəhərində həkim müayinəsindən keçəcək.
Zədənin nə dərəcədə ciddi olduğu müayinədən sonra bəlli olacaq.
