“Lüksemburq yığması əsasən evdə daha yaxşı təsir bağışlayır. Aqressiv oynayırlar. Hər halda, biz oyuna daha yaxşı haızrlaşmışıq. Heyətimiz də yaxşıdır".
Korner.az-ın məlumatına görə, bu sözləri sabah Lüksemburqla oyunöncəsi keçirilən mətbuat konfransında millimizin futbolçusu Ruslan Abışov deyib.
Gənc müdafiəçi rəqibə hörmətlə yanaşdıqlarını, ancaq qələbə qazanmaq gücündə olduqlarını bildirib:
"Yaxşı bilirik ki, bayramda hamı bizdən qələbə gözləyir. Rəqibi kiçiltmək istəmirik. Psixoloji gərginlik var, bunu hiss edirik. Ancaq komanda kimi mübarizə aparsaq, hər şey bizim üçün yaxşı qurtaracaq. Qələbə Portuqaliya millisi ilə oyun öncəsi bizim üçün yaxşı stimul ola bilər”.
