Millimizin müdafiəçisi Ruslan Abışovun formasını geyindiyi “Rubin” Rusiya Premyer Liqasında növbəti oyununa çıxacaq.
Korner.az-ın məlumatına görə, Kazan təmsilçisi Qroznıda “Terek” ilə qarşılaşacaq. Baş məşqçi Qurban Berdiyevin şans verəcəyi təqdirdə R.Abışov meydana çıxacaq.
Qeyd edək ki,matç Bakı vaxtı ilə 20:00-da start götürəcək.
