Milli komandamızın fubolçusu Ruslan Abışov “Rubin”lə birgə Madridə yola düşüb.
Korner.az-ın məlumatına görə, Abışov hələ də, Kazan təmsilçisi ilə müqavilə bağlamayıb. "Rubin" isə “Atletiko” ilə Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyununa çıxacaq və futbolçumuz İspaniyadakı qarşılaşmada komandasına kömək edə bilməyəcək. Kazan komandasının Rusiyaya qayıtdıqdan sonra Abışovla rəsmi müqaviləyə imza atacağı gözlənilir.
