Milli komandamızın futbolçusu Ruslan Abışovun "Rubin"də debütü gerçəkləşib.
Korner.az-ın məlumatına görə, Kazan təmsilçisinin baş məşqçisi Kurban Berdiyev "Şerif"lə keçirilən yoxlama oyununda millimizin üzvünü start heyətində meydana buraxıb.
İlk hissədə meydanda olan Abışov 28-ci dəqiqədə əvəzlənib. Qarşılaşma isə 2:2 hesabı ilə yekunlaşıb.
Xatırladaq ki, Ruslan bir neçə gündü ki, "Rubin"də baxışdadı. Onunla yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı gözlənilir. Lakin hələ "Rubin" klubu müqavilə imzalamaq haqda qəti qərar verməyib.