Azərbaycan milli komandasının üzvü Ruslan Abışov Rusiyanın “Rubin” klubunu tərk etməyə hazırlaşır.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 26 yaşlı müdafiəçi ehtiyatda oturmaqdan bezib.
“Rubin”lə hələ yarım illik müqaviləsi olan Abışovun transfer qiyməti 400 min avrodu.
Ruslan 2013-cü ildə “Rubin”in sabiq baş məşqçisi Kurban Berdıyevin istəyi ilə “Xəzər Lənkəran”dan transfer olunmuşdu.
Komandanın yeni çalışdırıcı Rinat Bilyaletdinov artıq bir neçə oyundu ki, Ruslanın adının Premyer Liqa oyunlarının iştirak ərizəsinə daxil etmir.
