Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu "Rubin" bu gün Rusiya Premyer Liqasında növbəti oyununu keçirib.
Korner.az-ın məlumatına görə, 25-ci tur çərçivəsində Kazan təmsilçisi səfərdə "Amkar"la qarşılaşıb. Baş məşqçi Qurban Berdıyev futbolçumuzu start heyətinə meydana daxil edib. 90 dəqiqə meydanda mübarizə aparan Abışovun komandası qələbəni sona 6 dəqiqə qalmış əldən verib.
Beləliklə “Rubin” 24 turdan sonra turnir cədvəlində 41 xalla 5-ci, onun rəqibi “Amkar” isə 25 xalla 12-ci yeri tutur.
