Ruslan Abışovun “Rubin”in düşərgəsində olduğu haqda sizə məlumat vermişdik.
Korner.az-ın məlumatına görə, Abışovun komandası bu gün Antalyada Donetsk “Metallurq”u ilə yoxlama görüşü keçirəcək.
Ukrayna təmsilçisi ilə oyunda millimizin üzvü də iştirak edəcək. Məhz bu qarşılaşmadan sonra Ruslanın orada qalıb-qalmayacağı dəqiqləşə bilər.
