2014/15 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, daha öncə Ruslan Əmircanov, Andrey Kristea və Adrian Ropotanı rənglərinə bağlayan “qırmızı-qaralar” Ruslan Abışovu da sıralarına qatıb.
Rusiyanın “Rubin” klubuna məxsus futbolçu icarə əsasında 6 ay “Qəbələ”nin şərəfini qoruyacaq.
