big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Ruslan Abışov: “Mən “Barselona”nın yox, “Real”ın fanatıyam” (MÜSAHİBƏ)

14.01.2014 , 10:28

Milli komandamızın üzvü Ruslan Abışov “Rubin”in rəsmi saytına müsahibə verib. 

Korner.az müsahibəni sizə təqdim edir:

– Ruslan, yetərincə uzun sürən məzuniyyətdən sonra 3 gündü hazırlıq keçirsiniz. Özünüzü necə hiss edirsiniz?
– Məzuniyyətdən əvvəl fiziki hazırlıq üzrə məşqçimiz bütün futün futbolçulara fərdi hazırlıq planı vermişdi. Ona ciddi şəkildə əməl etdim. Bundan başqa azərbaycanlı həmkarlarımla mütəmadi olaraq futbol oynayırdım. Bu bizim ənənəmizdi. Təlim-məşq toplanışının ilk üç günündə topla işləməyə üstünlük verdik. Tibbi müayinədən sonra yükləmə artacaq. Bundan sonra kimin nə qədər hazır olduğu müəyyənləşəcək. Şəxsən mən özümü əla hiss edirəm.

– Məşq zamanı Qurban Berdıyevlə yeni baş məşqçin Rinat Bilyaletdinov arasında hansı fərqi hiss etdin?
– Rinat Bilyaletdinovun məşqləri çox maraqlıdı. Hərçənd fərqlər haqqında 3 gündən sonra danışmaq çox çətindi. Lakin bütün gücümüzlə ikinci yarıya hazırlaşmağımız şübhəsizdi.

– Kurban Berdiyevin vaxtında meydana az çıxırdın. Halbuki, vətəninizdə sizdən çox şey gözləyirlər. Yeni baş məşqçi ilə yeni ümidlər bağlayırsınız?
– Bütün futbolçulara eyni münasibət bəsləmək hər məşqçi üçün ən vacib əlamətdi. Yəni, futbolçunun adına və vətəndaşlığına önəm verməməlidi. Kim hazırdısa, o da oynamalıdı. Məncə, yeni baş məşqçimizdə bu xüsusiyyət var. Düşünürəm ki, o hər kəsə şans verəcək. Təbii ki, bütün futbolçular kimi mən də əsas heyətdə oynamaq istəyirəm. Bunu Qurban Berdıyevin vaxtında da demişəm: Əgər baş məşqçi şans verirsə, bundan maksimum yararlanmaq lazımdı.

– Məşqçilər koprusundan kimisə tanıyırdın?
– Vladimir Maminovun adı mənə tanışdı. Baxmayaraq ki, o zamalar Rusiya futbolunu yaxından izləmirdim. Yeni məşqçilər korpusuna demək istəyirəm ki, hazırda bütün komanda üçün vacib dövrdü. Biz Rusiya Premyer Liqasında turnir cədvəlində irəliləməliyik. Bunun üçün də çox çalışmalıyıq. Azarkeşlərimiz bizdən nəticə tələb edir və mən inanıram ki, onları razı sala biləcəyik. Yeni baş məşqçimiz komandanı Premyer Liqada yüksək pillələrə qaldıracaq.

– Öncə Avropa Liqasında “Betis”lə oyun var. Rəqib haqda nə deyərdin və mərhələ keçmək şanslarınızı necə dəyərləndirirsən?
– Əlbəttə, “Betis” güclü rəqibdi. Baxmayaraq ki, onlar hazırda La Liqada aşağı pillələrdə qərarlaşıblar. Bununla belə, “Betis” ispan komandasıdı və onları qiymətləndirməmək olmaz.

– Bir ay vaxt sizin üçün kifayət edəcəkmi?
– Bəli. Düşünürəm ki, qarşıdakı oyunlara yaxşı hazırlaşmaq üçün vaxt kifayət edəcək. Yoldaşlıq görüşləri və məşqlər də bizə kömək olacaq.

– “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin “azərbaycanlı futbolçu erməni məşqçinin çalışdırdığı komandada olmamalıdır” fikirlərinə münasibətin necədir? Onu da qeyd edək ki, həmin vaxt “Rubin” baş məşqçi vəzifəsinə Vardan Minasyanın namizəd olduğu yazılırdı…
– Bunu yumorla qarşıladım. Futbolun siyasətə qarışmasını sevmirəm. Mən peşəkar futbolçuyam və komanda yoldaşlarım kimi baş məşqçinin də milliyəti mənim üçün maraqlı deyil.

– “Qızıl top” mükafatı barədə soruşmasaq olmaz. Dünən kimə azarkeşlik edirdin?
– Təbii ki, Kriştiano Ronaldoya. Mən “Barselona”nın yox, “Real”ın fanatıyam. Ronaldo çoxdan bu mükafatı haqq edirdi. İkinci namizədim Riberi idi. Ancaq Messini yalnız üçüncü yerdə görürdüm.

Son yazılar

To Top