Rusiyanın “Rubin” klubunun Premyer Liqanın son turuna hazırlaşır.
Korner.az-ın məlumatına görə, Kazan təmsilçisində forma geyinən millimizin futbolçusu Ruslan Abışov da, qarşıdakı “Krasnador”la oyun üçün məşqdə iştirak edib. Abışovun “Krasnodar”la oyunda meydana çıxıb-çıxmayacağı bilinmir.
Qeyd edək ki, “Krasnodar” – “Rubin” oyunu mayın 26-da keçirələcək. Kazan klubu 47 xalla 6-cı pillədə qərarlaşıb və 4-5-ci yerlərdəki “Spartak”la “Kuban”dan 1 xal geri qalır.