Ruslan Abışov karyerasını bitirdi
26.10.2023 , 12:46

Azərbaycan milli komandasının sabiq futbolçusu Ruslan Abışov karyerasını başa vurub.
Korner.az xəbər verir ki, o, bu barədə özünün sosial media hesabında yazıb:
“Əziz azarkeşlər, buradan sizinlə futbolçu kimi sağollaşmaq istəyirəm!!! Əslində könül istərdi ki, əynimdə yetirməsi və qatı azarkeşi olduğum “Neftçi” formasıyla futbolla və sadiq azarkeşlərlə vidalaşım, amma qismət deyilmiş. Futbol karyeramın ilk günündən bu günə kimi birgə çalışdığım hər kəsə – məşqçilərimə, komanda yoldaşlarıma, bütün azarkeşlərə, jurnalistlərə (xüsusilə idman jurnalistlərinə) və bir sözlə üzərimdə əməyi olan hamıya sonsuz təşəkkürümü bildirirəm!”
