“Rubin” Avropa Liqasının qrup mərhələsinin son turunda “Sulte Varegem”in qonağı oolacaq.
Korner.az-ın məlumatına görə, Kazan klubu bu gün Belçikaya yollanıb.
Səfərə çıxan heyətdə Ruslan Abışov da yer alıb. Artıq 1/16 finala vəsiqəni təmin edən “Rubin”in baş məşqçisi Kurban Berdiyevin millimizin üzvünə start heyətində şans verəcəyi gözlənilir.
