"Xəzər Lənkəran"ın futbolçusu Ruslan Abışovun Korner.az saytına müsahibəsi
– Yeni mövsümə xal itkisi ilə başladız. "Rəvan"la oyun haqda nə deyərdin?
Belə çempionatın nəyindən danışasan? Çempionatın ilk oyunu idi. Avroliqadan sonra Premyer Liqaya köklənmək bir az çətin olur. Lakin yeni mövsümə qələbə qazanaraq yaxşı başlamaq istəyirdik. İmkanlarımız da oldu. Ancaq, vura bilmədik.
– "Rəvan"la oyunda start heyətində meydana çıxsan da, əvəzləndin.
Bu taktiki gediş idi. Müdafiəçi çıxmalı, hücumçu girməli idi. Ona görə əvəzləndim.
– "Belə çempionatın nəyindən danışasan?" – deyə ifadə işlətdin. Niyə Premyer Liqaya belə küskünsən?
Boş tribunlara önündə oynamağa görə deyirəm. Yəni azarkeş yoxdu, maraq azdı.
– “Xəzər Lənkəran”ın hədəfi yəqin ki, çempionluqdur. Bunu əldə etmək mümkün olacaq?
Çempionat hələ təzə başlayıb və qarşıda çoxlu oyunlar var. Əgər çempion olmaq istəyiriksə çoxlu çalışmalıyıq.
– Ancaq bunun üçün yeni transferlər də vacibdir…
Yeni transferlər olacaq yəqin ki. Bu baş məşqçinin işidi.
– Demək olar ki, artıq öz oyununu "Xəzər Lənkəran"da tapmısan?
Vaxt keçdikcə hər şey daha da yaxşı olacaq.
– Ruslan Abışov Lənkəran fanatlarının qəlbinə yol tapıb?
Azarkeşlər tərəfindən mənə olan münasibət yaxşıdır.
– Sabiq komandan "Neftçi" Çempionlar Liqasında mübarizəni dayandırdı. Bu haqda nə deyərdin?
Onlara qarşıdakı oyunlarda uğurlar arzulayıram.
– Qarşıdan "Kəpəz"lə oyun gəlir. Bu oyunla bağlı fikirlərini bilmək istəyərdim.
Çətin oyun olacaq. Lakin məqsədimiz qələbə qazanmaqdır. Yaxşı oyun göstərib və qələbə qazanmaq istəyirik.
Səxavət QURBANOV
