Rusiyanın “Rubin” klubu bu mövsüm Avropa Liqasından kənar qala bilər.
Korner.az-ın məlumatına görə, buna səbəb Kazan təmsilçisinin həm ölkə çempionatı, həm də Avroliqa üçün lisenziya vərəqəsi almamasıdır.
Belə ki, Ruslan Abışovun da şərəfini qoruduğu komanda bundan öncə lisenziya alsa da, lisenziyalaşdırma meyarları pozulduğu üçün qəbul edilməmişdi. Məhz bu səbəbdən Abışovun komandası apellyasiya şikayəti verərək məsələyə yenidən baxılmasını tələb edib.