Ruslan Abışov: “Allah bütün əsgərlərimizi qorusun”
30.09.2020 , 17:27

“Yaxşı xəbər görmək arzusu ilə, tez-tez saytları izləyirəm. Dualarımız əsgərlərimizlədir”.
Korner.az xəbər verir ki, bu sözləri “Sabah”ın futbolçusu Ruslan Abışov öz Feysbuk səhifəsində yazıb.
32 yaşlı yarımmüdafiəçi paylaşımında bunları da qeyd edib:
“Hələ ki, gücümüz dua etməyə çatır. Ürəyimiz prezidentimiz, ordumuz və vətənimizlədir. İnanıram ki, qələbə bizim olacaq. Allah bütün əsgərlərimizi qorusun. Şəhid olan qardaşlarımıza Allah rəhmət eləsin. Vətən sağ olsun!”.
