Rusiyanın tanınmış futbolçusu karyerasını başa vurdu
29.05.2020 , 16:18

Rusiyanın “Krılya Sovetov” klubunun futbolçusu Aleksandr Anyukov karyerasını başa vurub.
Korner.az xəbər verir ki, 37 yaşlı müdafiəçi məşqçi kimi fəaliyyət göstərəcək.
2005-2019-cu illərə “Zenit”də çıxış edən Anyukov 5 dəfə Rusiya çempionu olub.
