Rusiyanın ispanları məğlub etdiyi oyun
01.07.2018 , 22:43

DÇ-2018-də 1/8 final mərhələsinin oyunları davam edir.
Turnirin təşkilatçısı Rusiya İspaniya ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər zərbəsində isə Rusiya 4:3 hesabı ilə qalib gəlib və 1/4 finala yüksəlib.
Rusiya 1/4 finalda Danimarka – Xorvatiya cütünün qalibi ilə qarşılaşacaq.
İspaniya – Rusiya – 1:1
Qollar: Sergey İqnaşeviç, 12 (avtoqol) – Artem Dzyuba, 41 (pen.)
Penaltilər seriyası: 3:4
