Voleybol

Rusiyanı bu komanda təmsil edəcək

27.02.2015 , 12:26

 İyunda Bakıda keçiriləcək I Avropa Oyunlarında qadın voleybolçuların yarışında Rusiyanı hansı komandanın təmsil edəcəyi müəyyənləşib.

 Korner.az-ın məlumatına görə, şimallılar ölkəmizə Vadim Pankovun rəhbərliyi altında təşrif buyuracaqlar. 

  Bu komanda isə yeni formalaşdırılıb. Belə ki, Rusiya Voleybol Federasiyası yetərincə gərgin qrafiklə çıxış edən milliyə alternativ yığma qurmağa qərar verib. Pankovun baş məşqçisi olduğu komanda ölkənin perspektivli və əsas heyətə namizəd oyunçulardan təşkil olunub. Əsas vəzifəsi milliyə voleybolçu vermək olan yeni heyət 2 beynəlxalq turnirdə də Rusiyanı təmsil edəcək. Bunlar Bakıda keçiriləcək Avropa Oyunları və Cənubi Koreyada təşkil olunacaq Universiadadı. Ruslar artıq bu turnirlərə hazırlaşmaq üçün ilk toplanışının vaxtını da müəyyənləşdirib. Mayın 10-da bir araya gələcək komanda məşqlərini bitirib Azərbaycana gələcək.   Qeyd edək ki, Rusiya Bakıda Almaniya, Bolqarıstan, Xorvatiya, Hollandiya və Serbiya ilə B qrupunda mübarizə aparacaq. 

Son yazılar

Yuxarı