Rusiyanın “Mordoviya” klubunun sabiq futbolçusu Aleksandr Vlaskin qətlə yetirilib.
Korner.az-ın məlumatına görə, futbolçu ötən gecə Saranskda naməlum şəxs tərəfindən bıçaqlanıb.
Qətlin təfərrüatları barədə məlumat verilmir. Klubun rəsmi saytı 28 yaşlı hücumçunun doğmalarına və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, Aleksandr Vlaskin Mordoviya futbolunun yetirməsidir. O, “Lisma”, “Lokomotiv-TRZ”, “Sareks-Mordoviya”, “Mordoviya”, “Vımpel”, “Lyambir”, “Universitet” komandalarında çıxış edib.
