Rusiyalı futbolçu koronavirusa yoluxdu
22.05.2020 , 20:27
Rusiyanın “Ural” klubunun futbolçusunda koronavirus aşkarlanıb.
Korner.az xəbər verir ki, Pavel Poqrebnyakın koronavirus testi müsbət çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı futbolçunun həkim nəzarətində olduğu bildirilir.