Rusiyalı basketbolçuya hücum etdilər
02.05.2023 , 20:52

Moskvanın CSKA klubunun yarımmüdafiəçisi Aleksey Şved azarkeşlərin hücumuna məruz qalıb.
Korner.az xəbər verir ki, restorandan çıxan 34 yaşlı basketbolçuya bir qrup şəxs hücum edib.
Yıxılma nəticəsində başından ağır xəsarət alan Şvedin təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparıldığı və polisin hadisə ilə bağlı araşdırma apardığı bildirilib.
