Futbol üzrə Rusiya I Divizionunda 13-cü turun oyunları başa çatıb.
Korner.az-ın məlumatına görə, azərbaycanlı futbolçular da bu tur iş “başında” olublar.
Tofiq Qədimovun komandası “Baltika” səfərdə “Sokol”la qarşılaşıb. Matç 0-0 hesabı ilə başa çatıb. Futbolçumuz meydana 80-ci dəqiqədə daxil olub.
Rizvan Umarovun komandası “Petrotrest” səfərdə “Krılya Sovetov”un qonağı olub. Matç 1-1 hesabı ilə başa çatıb. Umarov start heyətində meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.
Azər Əliyevin komandası “Yenisey” isə öz meydanında “Saxalin”i qəbul edib. Matç “Yenisey”in 3-1 hesablı qələbəsi ilə başa çatıb. Əliyev bu oyunda ehtiyatda qalıb.
