Rusiya I divizionunda 15-ci turun oyunları başa çatıb.
Korner.az-ın məlumatına görə, futbolçularımız da bu tur iş “başında” olub.
Tofiq Qədimovun forma geyindiyi “Baltika” səfərdə “Tosno” ilə qarşılaşıb. “Tosno”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qədimov ehtiyatda qalıb.
Rizvan Umarovun forma geyindiyi “Petrotrest” səfərdə “SKA-Energiya” ilə qarşılaşıb. “SKA-Energiya”nın 3:1 hesablı qələbəsi ilə başa çatan oyuna start heyətində başlayan Umarov 64-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Baltika” 15 oyundan 17 xalla 13-cü pillədə, “Petrotrest” isə 15 oyundan 7 xalla sonuncu, 18-ci pillədə yer alıb.
