Futbol üzrə Rusiya I Divizionunda 14-cü turun oyunları başa çatıb.
Korner.az-ın məlumatına görə, azərbaycanlı futbolçular da bu tur iş "başında" olublar.
Tofiq Qədimovun forma geyindiyi "Baltika" öz meydanında "Tom"u qəbul edib. Matç "Tom"un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tofiq 86-cı dəqiqədə meydana çıxıb.
Rizvan Umarovun forma geyindiyi "Petrotrest" isə öz meydanında "Vladivostok"u qəbul edib. Matç "Vladivostok"un 2:0 hesablı qələbsi ilə başa çatıb. Rizvan 90 dəqiqə meydanda olub.
