Artıq Avropada yeni futbol mövsümü başlayıb.
Korner.az-ın məlumatına görə, Rusiya Premyer Liqasında 2014/15 mövsümünə rəsmən start verilib.
Mövsümün açılış oyununda “Rubin” öz meydanında Moskva “Spartak”ını qəbul edib. Kazan təmsilçisi ilk oyunu doğma divarlar arasında fiasko yaşamaqla edib. Moskva klubu 4:0 hesablı qələbə qazanmaqla liqada iddialı olacağını göstərib.
Qeyd edək ki, bu, yeni baş məşqçi Murat Yakının “Spartak”dakı ilk rəsmi oyunu idi.
