Rusiyada çempion müəyyənləşdi
06.07.2020 , 16:54

Rusiya Premyer Liqasında 2019/2020 mövsümünün qalibi müəyyənləşib.
Korner.az xəbər verir ki, “Zenit” 26-cı turda “Krasnodar”a 4:2 hesabı ilə qalib gələrək xalını 62-yə çatdırıb. Ən yaxın izləyicisi, 49 xala malik “Lokomotiv” üçün isə əlçatmaz olub.
Bununla da komanda turnirin bitməsinə 4 tur qalmış çempionluğu rəsmiləşdirib.
Bu, “Zenit”in ardıcıl 2-ci, ümumilikdə isə 6-cı çempionluğu olub.
