Ukrayna milli komandasının baş məşqçisi Oleq Bloxin Rusiya yığmasının futbolçularını tənqid edib. Korner.az-ın məlmatına görə, çalışdırıcı Yunanıstana 0:1 hesablı məğlub olan şimal qonşularımızın jurnalistlərlə ünsiyyətdən imtina etməsi Bloxini əsəbləşdirib. . Təcrübəli mütəxəssisin sözlərinə görə, Ukrayna yığması qarşısına qoyduğu məqsədə çata bilməsə belə, futbolçuları reportyorların suallarını cavablandıracaqlar:
“Mən Rusiya yığmasının halına acıyıram. Çünki bu komandaya qonşu kimi azarkeşlik etmək istəyirdim. Rusiyada oyunçulardan yarımfinala vəsiqə gözləyirdilər. Bunlar isə qrupda qaldılar və ölkəni faciəyə qərq etdilər”.
Qeyd edək ki, Rusiya millisi A qrupunda 3-cü yeri tutub. ¼ finala isə Çexiya və Yunanıstan yığmaları vəsiqə qazanıb. Ukrayna isə D qrupunda “pley-off” şanslarını qoruyur. Bunun üçün son turda İngiltərəni yenmək lazımdır.
